PSJ-nin futbolçusu Kilian Mbappe karyerasının ən yaxşı oyununu seçib.
Newsport.az Esquire"yə istinadən xəbər verir ki, fransalı hücumçu Çempionlar Liqasında bu ilin fevralında "Kamp-Nou"da keçirilən "Barselona" ilə matçı (4:1) fərqləndirib. Sözügedən görüşdə het-trikə imza atan 22 yaşlı oyunçu bildirib ki, bu, onun karyerasının ən yaxşı matçıdır: "Çünki hər şey mükəmməl idi. Həm hücumda, həm də müdafiədə komandama kömək etdim, bacardığım hər şeyi yaratmağı və nümayiş etdirməyi bacardım. Ümumiyyətlə, heç vaxt depressiyaya düşdüyüm bir an belə olmayıb.
Hər matç üçün rəqiblərin kifayət qədər "Anti-Kilian" planları var. Bu, əla oyunçu kimi tanındığım deməkdir. Bu, yayınızın birdən çox simli olmasını tələb edir. Çətinlikləri sevirəm.
Nə qədər vacib insan olsanız, bir o qədər çox məsuliyyət daşıyırsınız. Mən artıq kiçik uşaq deyiləm. Mən Kilian Mbappeyəm. Karyera ambisiyaları nədir? Hər şeyi qazanmaq".