"Ramossuz "Real"ı təsəvvür edə bilmirəm" Ançelotti

"Real"ın yeni baş məşqçisi Karlo Ançelotti kapitan Serxio Ramosla yeni müqavilə imzalayıb-imzalamayacaqları barədə sualları cavablandırıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis deyib:

"Ramosun klubumuz üçün vacib bir oyunçu olduğu məlumdur. Ramossuz "Real"ı təsəvvür edə bilmirəm. Müqaviləni yeniləmək üçün danışıqlar davam edir. Lakin detallarını bilmirəm".

Qeyd edək ki, Ramosun sözləşməsi bu ay başa çatır. O, 2005-ci ildən Madrid təmsilçisində çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right