“Barselona” Braziliya millisinin üzvünü transfer etdi

İspaniyanın “Barselona” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisi “Betis”dən Emerson Royalı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb.
 
Emerson 2019-cu ildə “Barselona”dan “Betis”ə keçmişdi. Müdafiəçi Braziliya milli komandasının da üzvüdür.
 
“Barselona” bundan əvvəl Serxio Aquero və Erik Qarsiyanı transfer etmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right