Laportadan Kumanın gələcəyi ilə bağlı açıqlama

“Barselona”nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Ronald Kumanın klubdakı gələcəyi ilə bağlı danışıb.

Newsport.az “Marca”ya istinadən xəbər verir ki, o, 58 yaşlı mütəxəssislə yeni müqavilə üçün danışıqlar aparıb-aparmadıqları barədə sualları belə cavablandırıb:

“Yenidən Kumanın müqaviləsi haqqında düşünməyə başlamışıq. Ötən mövsüm baş verənləri qiymətləndirməliyik. Bir müddət susqunluğa ehtiyacımız var idi. Kuman ilə əlaqə saxlayırıq. 1 həftə və ya 10 gün ərzində görüşəcəyik. Onunla danışıqlar yaxşı gedir. Düşünmək üçün vaxt lazımdır".

Qeyd edək ki, Kumanın Kataloniya klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununa qədərdir. Mətbuatda onun istefaya göndəriləcəyi haqda xəbərlər yayılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right