"Barselona"nın müdafiəçisi Jordi Alba klubu tərk edə bilər.
Newsport.az-ın məlumatına görə, 32 yaşlı oyunçuya "Atletiko"dan təklif var. Bildirilib ki, Madrid təmsilçisi sol cinah müdafiəçisi axtarır və Albanı yaxşı seçim hesab edir.
İspan oyunçunun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır. O, 2020/2021 mövsümündə La Liqada meydana çıxdığı 35 matçda 3 qol vurub.