"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının finalında "Çelsi" ilə oyunu buraxa bilər.
Newsport.az "Manchester Evening News"a istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi həlledici matçdan bir gün əvvəl komandanın məşqini vaxtından əvvəl tərk edib. 30 yaşlı oyunçunun ombasında narahatlıq hiss etdiyi və paltardəyişmə otağına getdiyi bildirilib.
İlkayın finaldakı iştirakı sual altındadır. Onun zədəsinin ağırlığı barədə məlumat verilməyib.
Qeyd edək ki, İ.Gündoğan bu mövsüm Çempionlar Liqasında 11 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Xatırladaq ki, "Mançester Siti" - "Çelsi" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.