“Xetafe”nin yeni baş məşqçisi bəlli olub.
La Liqa təmsilçisini bundan sonra Xose Migel Qonsales (Miçel) çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. 58 yaşlı mütəxəssisin rəsmi təqdimat mərasimi mayın 31-də təşkil olunacaq.
Miçel 2009-2011-ci illər aralığında "Xetafe"yə rəhbərlik edib.