"Spartak"da yeni baş məşqçi

“Spartak”ın (Moskva) yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisini Ruy Vitoriya çalışdıracaq. 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, portuqaliyalı çalışdırıcının son komandası Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” olub. O, daha əvvəl ölkəsində “Pasuş de Ferreyra”, “Vitoriya Gimaraynş”, “Benfika” kimi komandaları da çalışdırıb. Təcrübəli mütəxəssis “Benfika” ilə iki dəfə Portuqaliya çempionu olub, eləcə də başqa titullar qazanıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right