Milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi “Karlsrue” klubu Almaniya 2-ci Bundesliqasının son turunda “Münxen 1860”-la qarşılaşıb.
Newsport.az-ın məlumatına görə, oyunçumuzun klubu 2:0 hesablı qələbə qazanıb.
Nazarov bu qarşılaşmaya start heyətində başlayıb və oyunu əvəzolunmadan keçirib. Həmyerlimiz 70-ci dəqiqədə aldığı sarı vərəqə ilə fərqlənib.
Milli komandamızın daha bir üzvü Tuğrul Eratın klubu “Fortuna Düsseldorf” da son matçına çıxıb. Eratın son 3 dəqiqədə meydanda olduğu oyunda komandası “Frankfurt”a 2:3 hesabı ilə məğlub olub.
Bu nəticələrdən sonra “Karlsure” çempionatı 58 xalla 3-cü pillədə bitirib.
Nazarovun komandası Bundesliqaya çıxmaq üçün "Hamburq"la "play-off" oyanayacaq.