Rusiyanın "Spartak" klubu "Çelsi"dən icarəyə götürdüyü Viktor Mozesin transfer hüququna yiyələnib.
Newsport.az-ın məlumatına görə, Moskva təmsilçisi nigeriyalı futbolçunun məcburi satın alma şərti ilə heyətinə qatıb. Futbolçunun müqaviləsində "Spartak mövsümü 3-cü pillədə bitirərsə, satın alma şərti qvvəyə minəcək" maddəsi olub.
Moskva təmsilçisi mövsümü ilk 3-lükdə bitirdiyi üçün Mozesi 6 milyon avroya heyətinə qatıb.
30 yaşlı cinah futbolçusu bu mövsüm Rusiya çempionatında keçirdiyi 19 matçda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.