Messi "Qızıl buts"u qazana bilməyəcək Arıdıcıl ikinci mövsüm

"Barselona"nın ulduzu Lionel Messi bu mövsüm "Qızıl buts" mükafatını qazanmaq şansını itirib.

Newsport.az-ın məlumatına görə, onun La Liqanın son turunda "Eybar"la matçın iştirak ərizəsində yer almaması ilə bu rəsmiləşib.

Beləliklə, bu mövüm La Liqada 35 matçda 30 qol vuran Messi arıdıcıl ikinci mövsüm "Qızıl buts" mükafatını qazana bilməyəcək. O, Avropanın bombardirlər siyahısında lider deyil və 30 qolla 2-ci pillədə qalacaq.

"Bavariya"nın hücumçusu Robert Levandovski hazırda Bundesliqada 40 qolla "Qızıl buts"un favoritidir.

Ötən mövsüm "Qızıl buts"u "Latsio"nun futbolçusu Çiro İmomobile qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right