“Traktor” 1/8 finalda dayandı

Futbol üzrə İran kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Aluminium Arak”la qarşılaşıb. İki cavabsız qola üzülən təbrizlilər kubokda mübarizəni dayandırmaq məcburiyyətində qalıblar – 0:2.

Xatırladaq ki, Təbrizin digər təmsilçisi “Maşinsazi” də 1/16 finalda mübarizəni dayandırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right