“Bayer”in yeni baş məşqçisi məlum oldu

Almaniyanın “Bayer” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisinin “sükan”ı Xerardo Seoaneyə tapşırılıb.

Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Seoane bundan əvvəl İsveçrənin “Yanq Boyz” komandasını çalışdırırdı.

“Bayer”i müvəqqəti olaraq Hannes Volfs çalışdırırdı. Leverkuzen təmsilçisi Bundesliqada sona bir tur qalmış 6-cı sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right