“Bavariya” üç futbolçusu ilə vidalaşdı

Almaniya çempionu “Bavariya” üç futbolçusu ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi David Alaba, Jerom Boatenq və Xavi Martineslə yolların ayrıldığını açıqlayıb.

Bu barədə klubun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Sözügedən futbolçularla müddəti başa çatan müqavilələr yenilənməyib.

Qeyd edək ki, Alaba, Boatenq və Martines mövsümün ortasında Münhen təmsilçisindən ayrılacaqlarını bildirmişdilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right