“Real”ın futbolçusunda koronavirus aşkarlandı

İspaniyanın “Real” klubunun futbolçusu Toni Kroosda koronavirus aşkarlanıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Alman yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.
 
Kroos bir neçə gün əvvəl koronavirusa yoluxan şəxslə təmasda olduğu üçün ehtiyat məqsədilə karantinə alınmışdı. Yarımmüdafiəçinin verdiyi əvvəlki koronavirus testlərinin nəticəsi neqativ idi.
 
31 yaşlı yarımmüdafiəçi La Liqanın 38-ci turunun “Vilyarreal”la matçını buraxacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right