Almaniya futbolunun rəhbəri istefa verdi

Almaniya Futbol Federasiyasının prezidenti Frits Keller istefa verib.

Newsport.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında baş verən qalmaqala görə Keller vəzifəsini tərk etməli olub.

Sözügedən iclasda  Keller federasiyanın vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə edib. Bundan sonra Keller həmkarından üzr istəyib, lakin Kox onun üzrü qəbul etməyib.

Qeyd edək ki, 64 yaşlı funksioner 2019-cu ildən Almaniya futboluna rəhbərlik edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right