Şotlandiya çempionatında 2020/2021 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az turnirin saytına istinadən xəbər verir ki, "Reyncers"in qapıçısı Allan Makqreqor bu mövsümün ən yaxşısı seçilib.
Qeyd edək ki, 39 yaşlı qolkiper 2020/2021 mövsümündə Şotlandiya çempionatında 24 oyuna çıxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb.