"Levandovski 39 qol vurub, Haalandı almağı düşünmürük"

"Bavariya"nın İdarə Heyətinin üzvü Oliver Kan "Borussiya"dan (Dortmund) Erling Haalandın transfer ediləcəyi barədə yayılan xəbərləri təkzib edib.

Newsport.az xəbər verir ki, əfsanəvi qapıçı "Mundo Deportivo"ya açıqlamasında deyib:

"Şayiələr dolansa da, vəziyyət eyni olaraq qalır. Anladığımız kimi, Haalandın transfer xərci 100 milyon avrodan çoxdur. "Bavariya" üçün bu, ağlasığmaz bir şeydir. Levandovski ilə hələ 2 illik müqaviləmiz var. Onun  oyunu isə inanılmazdır. 39 qol vurub. Buna görə Haalandı almağı düşünmürük. Levandovski bir neçə il daha belə yüksək səviyyədə  çıxış edə bilər".

Qeyd edək ki, Haalandla "Real", "Barselona", "Mançester Siti" də yaxından maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right