"Çelsi" Tuhellə müqaviləni uzadır

"Çelsi" baş məşqçisi Tomas Tuhellə müqaviləni yeniləməyi planlaşdırır.

Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, klub almaniyalı mütəxəssisin işindən razıdır. Tuhel özü də London təmsilçisində daha uzun müddət çalışmaq istəyir.

Bu ilin yanvar ayında "Çelsi"yə baş məşqçi təyin edilən Tuhellə 1.5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Tuhelin komandası Çempionlar Liqasının finalına yüksəlib. "Zadəganlar" mayın 29-da həlledici görüşdə "Mançester Siti" ilə qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right