Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

İngiltərədə mayın 17-dən stadionlara azarkeşlər buraxılacaq.
 
Newpsort.az xəbər verir ki, bu barədə baş nazir Boris Conson açıqlama verib.
 
O, mayın 17-dən futbol yarışlarına məhdud sayda – 10 minə qədər azarkeşin buraxıla biləcəyini qeyd edib.
 
İngiltərə Premyer Liqasında son iki – 37 və 38-ci turun oyunlarına azarkeşlər buraxılacaq. Çempionatda hazırda 35 tur oynanılıb və “Mançester Siti” klubu liderdir.
 
Premyer Liqada mövsümün əvvəlki oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right