"Liverpul" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, "mersisaydlılar" 35-ci turda "Sauthempton"u qəbul edib.
Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sadio Mane 31-ci, Tiaqo Alkantara isə 90-cı dəqiqədə fərqlənib.
"Liverpul" turnir cədvəlində 57 xalla 6-cı, "Sauthempton" isə 37 xalla 16-cıdır.