Məhkəmə İnfantinonun tələbini yerinə yetirdi

İsveçrə federal məhkəməsi FİFA prezidenti Canni İnfantinonun sabiq federal prokuror Maykl Lauberlə birlikdə yol verdiyi qanunsuzluqları araşdıran Stefan Kellerin istintaqdan uzaqlaşdırılması tələbini yerinə yetirib.

Newsport.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Xüsusi təyin olunan prokurorun bu məsələdən kənarlaşdırılması ilə bağlı açıqlamada Kellerin 2020 və 2021-ci ildəki şərhlərinin obyektiv təqdim olunmaması göstərilib.

Qeyd edək ki, Keller FİFA-dakı korrupsiya ilə bağlı istintaq zamanı İnfantino və Lauberin görüşlərində cinayət xarakteri müşahidə etdikdən sonra araşdırmalara başlayıb. Lauber öz ifadəsində İnfantino ilə görüşünü gizlədib və yalan məlumatlar verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right