"Barselona"dan Neymar üçün 100 milyon avro

"Barselona" PSJ-nin futbolçusu Neymarı transfer etmək üçün 100 milyon avro xərcləməyə hazırdır.

Newsport.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Kataloniya klubunun prezidenti Neymarı almaqla kapitan Lionel Messini də yeni müqavilə imzalamaq üçün inandıracağını düşünür. Buna görə də "Barselona" braziliyalı oyunçu üçün 100 milyon avro xərcləməyə hazırdır. Həmçinin klub 29 yaşlı forvardın vasitəsi ilə komandadakı bir neçə gənc futbolçunun oyun səviyyəsinin yüksələcəyini düşünür. PSJ isə Neymarı asanlıqla buraxmaq istəmir.

Qeyd edək ki, Neymar Paris klubuna 2017-ci ildə "Barselona"dan keçib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right