"Tottenhem" Mourinyoya "Roma"dan 2 dəfə çox pul ödəyəcək

"Tottenhem"dən ayrılan Joze Mourinyo "Roma"nın baş məşqçisi olacaq.

 

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin illik maaşı 5 milyon funt-sterlinq olacaq. 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

 

Onun "Tottenhem"dəki illik maaşı isə 15 milyon funt-sterlinq idi. London təmsilçisi Mourinyoya növbəti mövsüm 10 milyon funt-sterlinq məvacib ödəyəcək. Təzminat maddəsinə əsasən, Mourinyo "Tottenhem"dən sonra çalışacağı yerdə daha az maaşa işləyərsə, London təmsilçisi məvacib fərqini ödəməli olacaq.

 

Bu səbəbdən Mourinyonun 5 milyon funt-sterlinq maşıını "Roma", 10 milyonunu isə "Tottenhem" ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right