Şimali Koreya millisi Cənubi Koreyaya getməkdən imtina etdi

Şimali Koreya (KXDR) millisi DÇ-2022-nin Asiya zonası üzrə seçmə oyunları üçün Cənubi Koreyaya getməkdən imtina edib.

Newsport.az "Daly Mail"ə istinadən xəbər verir ki, bununla bağlı Asiya Futbol Konfederasiyasına bildiriş göndərilib. KXDR Futbol Assosiasiyası koronavirus infeksiyası ilə əlaqədar təhlükəni səbəb göstərib.

Şimali və Cənubi Koreya yığmaları arasındakı oyun iyunun 7-də keçirilməlidir.

Asiya Futbol Konfederasiyası Pxenyandan qərarına yenidən baxmağı xahiş edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right