“Mançester Siti” PSJ-yə qarşı Yenilənir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gələcək.

Newsport.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı İngiltərədə baş tutacaq.

Burada “Mançester Siti” Fransa çempionu PSJ ilə üz-üzə gələcək. İlk oyunda rəqibinə səfərdə qalib gəlmiş mançesterlilər bu üstünlüyü doğma meydanda qorumağa çalışacaqlar.

Qeyd edək ki, digər yarımfinal oyunu sabah “Real” (İspaniya) ilə “Çelsi” (İngiltərə) arasında baş tutacaq.

UEFA Çempionlar Liqası

Yarımfinalın cavab oyunu

4 may

 

23:00. Mançester Siti – PSJ

Baş hakim: Byörn Kuypers (Niderland).

Mançester. “Etihad” stadionu.

İlk oyun – 2:1.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah