"Arsenal"dan səfər, "Tottenhem"dən ev qələbəsi

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

Açılış matçında turnir cədvəlinin 3-cüsü "Lester" "Sauthempton"la heç-heçə edib.

Lider "Mançester Siti" "Kristal Pelas" səfərində qələbə qazanıb. "Çelsi" "Fulhem"ə şans verməyib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilməli idi. Son çempion "Liverpul" burada "Mançester Yunayted"in qonağı olacaqdı. Ancaq bir qrup azarkeş "Old Trafford"a daxil olaraq, etiraz aksiyası keçirdiyi üçün qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb.

"Arsenal" səfərdə, "Tottenhem" evdə qələbə qazanıb.

İngiltərə Premyer Liqası
XXXIV tur

30 aprel

Sauthempton - Lester - 1:1
Qollar:
 Uord-Prauz, 61 - Evans, 68

1 may

Kristal Pelas - Mançester Siti - 0:2
Qollar: 
Aquero, 57, F.Torres, 58

Brayton - Lids - 2:0
Qollar:
 Qross, 14 (pen.), Uelbek, 79

Çelsi - Fulhem - 2:0
Qollar: 
Haverts, 10, 49

Everton - Aston Villa - 1:2
Qollar:
 Kalvert-Lyuin, 19 - Uotkins, 13, El-Qazi, 80

2 may

Nyukasl - Arsenal - 0:2
Qollar:
 Elneni, 5, Obameyanq, 66

Mançester Yunayted - Liverpul (təxirə salınıb)

Tottenhem - Şeffild Yunayted - 4:0
Qollar:
 Beyl, 36, 61, 69, Son Xın-Min, 77

3 may

21:00. Vest Bromviç - Vulverhempton
23:15. Bernli - Vest Hem





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right