"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, "Şəhərlilər" Argentinanın "Estudiantes" klubunun yarımmüdafiəçisi Dario Sarmyentonu 5 milyon avro qarşılığında transfer edib. Daha 12 milyon avro isə bonuslar şəklində ödəniləcək.
Növbəti transferdən əldə ediləcək gəlirin 20 faizi Argentina klubuna çatacaq. 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Dario Mançester təmsilçisinə yeni mövsüm qoşulacaq.