“Mançester Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer Avropa Liqasının yarımfinalında “Roma” ilə ilk matç (6:2) haqqında danışıb.
Newsport.az “BBC”yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis böyük hesabla qalib gəlmələrinə baxmayaraq, hələ də finala fəsiqəni təmin etmədiklərini düşünür:
“İşin tamamlandığını düşünmürəm. Amma yaxşı oynadıq. Lakin rəqiblərin də güclü olduğunu bilirik. Onlara verdiyimiz iki şansdan sonra iki qol vurdular. İkinci hissədə çox yaxşı oynadıq. Bu gün qol şanslarımızın çoxundan istifadə etdik. Əsl xarakter göstərdik. Bəlkə də ilk hissənin son 5-10 dəqiqəsini ən yaxşı şəkildə keçirdik. Qapımıza vurulan hər iki qol da futbolçuların səhvlərinin nəticəsidir. Bu cür qolların vurulmasına bu qədər yüksək səviyyədə şərait yaratmaq olmaz”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü mayın 6-sı keçiriləcək.