PSJ “Mançester Siti”yə qarşı Yenilənir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir ilk oyunu keçiriləcək.
 
Newsport.az xəbər verir ki, Fransa çempionu PSJ Parisdə İngiltərənin “Mançester Siti” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
Qarşılaşmanı Almaniyadan olan FİFA referisi Feliks Brixin idarə edəcək. Komandaların heyətində demək olar ki, ciddi itki yoxdu və meydana optimal heyətlə çıxa biləcəklər.
 
Yarımfinalın digər oyununda “Real” (İspaniya) doğma meydanda “Çelsi” (İngiltərə) ilə heç-heçəyə razılaşıb - 1:1. Cavab qarşılaşmaları 4-5 mayda keçiriləcək.
 
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
28 aprel
 
23:00. PSJ – Mançester Siti
Paris. “Park de Prens” stadionu. Baş hakim: Feliks Brix (Almaniya).




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right