"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya növbəti mövsümdən "Barselona"da oynayacaq .
Newsport.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikolo Şkira özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, 20 yaşlı futbolçu Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. O, yay transfer pəncərəsində azad agent kimi yeni klubuna keçəcək.
"Barselona"nın bu transferi qısa müddətdə rəsmən açıqlayacağı gözlənilir.