"Barselona"nın sabiq vitse-prezidenti Jordi Mestre komandanın kapitanı Lionel Messinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçunun Kataloniya klubunda qalacağını deyib: “Messi Barselonanı tərk etsə, bu, pula görə olmayacaq. Düşünürəm ki, o qalacaq, çünki burada hər şey var".
Qeyd edək ki, Messi 2000-ci ildən bəri "Barselona"da oynayır. 33 yaşlı oyunçunun klubu ilə müqaviləsi bu yay başa çatır.