"Barselona" 200 milyon avrodan imtina etdi

"Barselona" klubu ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunun adının dəyişdirilməsi üçün təklif alıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun prezidenti Josep Mario Bartomeu məlumat verib. O bildirib ki, "Nou Kamp" stadionunun adının 15-20 il müddətinə dəyişdirilməsi üçün adını çəkmək istəmədiyi bir şirkətdən 200 milyon avroluq təklif alıblar:

"Ancaq klub üzvləri bu dəyişikliyin olmasını istəmədi. "Nou Kamp" stadionun qarşısına həmin şirkətin adını yazmaq şərti ilə bu təklifi qəbul edə bilərik".

İspaniya mətbuatı adı açıqlanmayan şirkətin bu təklifi qəbul edəcəyini iddia edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right