Fransa Futbol Federasiyası iki futbolçunu cəzalandırıb.
Newsport.az "Frenh Footballa"a istinadən xəbər verir ki, “Nitsa”da icarə əsasında çıxış edən "Arsenal"ın müdafiəçisi Uilyam Saliba və “Brayton”un gənclər komandasının üzvü Ulrix Eneme-Elya diskvalifikasiya olunublar.
Gənc futbolçularn intim videosunun yayılması səbəbindən onlar bu cəzaya məruz qalıblar. Saliba şərti olaraq bir ay müddətinə millidən kənarlaşdırılıb. Ulrix isə üç ay Fransanın gənclər millisində oynamaqdan məhrum edilib. 20 yaşlı futbolçular klublarında oynaya biləcəklər.