"Arsenal" Avropa Superliqası layihəsinə qatıldığı üçün rəsmi saytı vasitəsilə azarkeşlərindən üzr istəyib.
Newsport.az xəbər verir ki, London təmsilçisi səhv qərar verildiyini və artıq Superliqadan çəkildiklərini bildirib: "Səhv etdik və bunun üçün üzr istəyirik. Güvəninizi bərpa etmək üçün vaxtın lazım olduğunu bilirik. Fanatların cavabı bizə dərin düşünməyə vaxt verdi. Superliqaya dəvət gələndə zəmanət olmadığını bildiyimiz halda, "Arsenal"ın gələcəyini qorumaq naminə geridə qalmaq istəmirdik".
Avropa Superliqası layihəsi qitənin 20 ən yaxşı klubunun iştirak edəcəyi bir liqanın yaradılmasını nəzərdə tutur. Ancaq İngiltərənin turnirə qatılacağını əvvəlcədən elan edan 6 klubunun hər birinin geri addım atmasından sonra layihə hələlik dayandırılıb.