Mourinyo üçün bu seçimdən istifadə edilmədi

“Tottenhem”in baş məşqçi vəzifəsindən ötən gün qovulan Joze Mourino müqaviləsindəki bəndlə gündəmə gəlib.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssisin 2023-cü ilədək müddəti olan söləşməsindəki maddəyə görə, komanda Premyer Liqada ilk 4 yerdən birini tutmasa, rəhbərlik mövsümün sonunda daha az təzminat ödəyərək onunla yolları ayıra bilərdi. Lakin prezident Daniel Levi mövsümün sonunadək gözləməyib və portuqaliyalı çalışdırıcını ötən gün işindən azad edib. Klub bu səbəbdən Mourinyoya 20 milyon avro təzminat ödəyəcək. Onun yerinə isə bu vəzifəyə 29 yaşlı Rayan Mayson təyin olunub.

Qeyd edək ki, Mourinyo “Tottenhem”ə 17 ay baş məşqçilik edib. Komanda bu müddət ərzində 86 matç keçirib və onlardan 44-də qalib gəlib, 19-da uduzub, 23-də isə heç-heçə edib. London təmsilçisi hazırda Premyer Liqanın turnir cədvəlində 50 xalla 7-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right