Mancukiçdən "Milan"a jest maaşından imtina etdi

"Milan"ın futbolçusu Mario Mancukiç maraqlı addım atıb.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı hücumçu kluba jest edib. O, zədə səbəbindən martda heç bir oyuna çıxmadığı üçün həmin ayın məvacibini kluba bağışlayıb. Bu məbləğ klubun xeyriyyə fonduna köçürülüb.

Yanvarda "Milan"la müqavilə imzalayan 34 yaşlı hücumçu bu mövsüm 4 oyuna çıxıb. Mancukiçin müqaviləsi mövsümün sonuna qədərdir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah