Harri Keyn zədələndi

“Tottenhem”in futbolçusu Harri Keyn zədələnib.

Newsport.az "BBC Sport"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ötən gün “Everton”la matçda (2:2) ayağından xəsarət alıb. Baş məşqçi Joze Mourinyo  ingiltərəli oyunçunun zədəsi ilə bağlı deyib:

“Mən də zədənin nə qədər ciddi olduğunu bilmək istəyərdim. Amma bunu söyləmək hələ tezdir. Hamımız onun çərşənbə günü “Sauthempton”la, bazar günü isə Liqa Kubokunun finalında oynaya bilməyəcəyindən ehtiyat edirik. Görək, necə olur”.

Qeyd edək ki, Keyn bu mövsüm Premyer Liqanın 30 matçında 21 qol vurub və 13 qolun ötürməsini verib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah