"Poqbanın nə dediyi məni maraqlandırmır"

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”in futbolçusu Pol Poqbanın ona ünvanladığı tənqidlərə reaksiya verib.

Newsport.az “talkSport”a istinadən xəbər verir ki, Poqba açıqlamasında Mourinyo haqqında deyib:  “Sulşer (Ole Qunnar Sulşer, “Mançester Yunayted”in baş məşqçisi nəzərdə tutulur- red.) futbolçulara qarşı çıxmır. Mourinyo ilə onun arasındakı fərq budur”.

58 yaşlı mütəxəssis isə bu sözlərə belə reaksiya verib: Demək istəyirəm ki, Poqbanın nə dediyi məni maraqlandırmır. Bu, həqiqətən də belədir”.

Qeyd edək ki, Mourinyo 2016-2018-ci illərdə “qırmızı şeytanlar”a baş məşqçilik edib.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah