Xəyal Nəcəfov üçün “100" nömrəli forma

“Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov ötən tur Premyer Liqada 100-cü matçına çıxıb.
 
Newsport.az xəbər verir ki, bu münasibətlə, 23-cü turun "Sumqayıt" - "Qəbələ" matçından öncə klub prezidenti Riad Rəfiyev yarımmüdafiəçiyə "100" nömrəli oyun geyimini təqdim edib.
 
Qeyd edək ki, "Sumqayıt" Futbol Akademiyasının yetirməsi, 2014/15 mövsümündən əsas komandanın şərəfini qoruyan "97 nömrə" Xəyal Nəcəfov meydanda olduğu 100 oyunda (6138 dəqiqə) 2 dəfə rəqib qapılarına yol tapmağa nail olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right