Smollinq ailəsinin yanında silahlı hücuma məruz qaldı

"Roma"nın futbolçusu Kriss Smolinq soyğuna məruz qalıb.

Newsport.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, hadisə ingilis müdafiəçi həyat yoldaşı və iki yaşlı övladı ilə evdə olarkən baş verib. Üç nəfər silahlı naməlum şəxs evə daxil olaraq futbolçunu seyfi açmağa məcbur ediblər. Nəticədə quldurlar evdən zinət və digər qiymətli əşyaları aparıblar.

Smollinq zədəli olduğundan komandası ilə Avropa Liqasının 1/4 finalında "Ayaks"la görüşdə iştirak etməyib və evdə olub.

Qeyd edək ki, bir müddət əvvəl “Roma”nın baş məşqçisi Paulu Fonsekanın da evi qarət olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right