“Arsenal” rekordunu təkrarladı

İngiltərənin “Arsenal” klubu 89 il əvvəlki rekordunu təkrarlayıb.
 
Newsport.az xəbər verir ki, London təmsilçisi ilk dəfə 1932-ci ilin dekabrında 4 səfər oyunun hamısında ardıcıl azı üç qol vurub.
 
“Topçular” aprelin 15-də Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşündə Çexiyanın “Slaviya” (Praqa) komandasını 4:0, əvvəlki səfər matçında “Şeffild Yunayted”i 3:0 hesabı ilə darmadağın edib. Bununla yanaşı, "Arsenal" “Vest Hem"lə heç-heçə (3:3) oynayıb və "Olimpiakos"u (3:1) məğlub edib.
 
Hazırda "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Komanda 31 matçda 45 xal toplaya bilib. “Topçular” Avropa Liqasında da yarımfinala yüksəliblər. İngiltərə təmsilçisi finala vəsiqə uğrunda “Vilyarreal”la (İspaniya) qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right