Moldova çempionatında 28-ci turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, azərbaycalı futbolçu Orxan Qurbanlının çıxış etdiyi “Dinamo-Avto” səfərdə “Floreşti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
Orxan da bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu bununla Moldova çempionatında debüt edib.
Qeyd edək ki, Dinamo-Avto” 28 oyunda 39 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.