Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Newsport.az xəbər verir ki, ənənəvi olaraq, həftənin ən yaxşısı adına 4 namizəd var.
Bunlar Kristian Pulişiç (“Çelsi”, İngiltərə), Neymar (PSJ, Fransa), Kazemiro (“Real”, İspaniya) və İlkay Gündoğandır ("Mançester Siti", İngiltərə).
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında təşkil olunmuş səsvermə nəticəsində bəlli olacaq.