“180 dəqiqə ərzində qalib gəldik”

“Bu çətin bir mübarizə idi. İzləmək üçün ən yaxşı oyun olmaya bilərdi, ancaq kənardan matç çox gərgin, çox sürətli görünürdü. “Portu” ilə oynamaq və təzyiqlərdən qaçmaq həqiqətən də çətin idi”.

Newsport.az xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Tomas Tuhel ötən gecə Çempionlar Liqasının 1/4 finalında “Portu”ya uduzduqları cavab görüşündən sonra deyib. “Zadəganlar” ilk oyunda 2:0 hesablı qələbə qazandıqları üçün iki matçın cəmində yarımfinala adlayıblar. Tuhel isə komandasının uğurunu şərh edərkən fikirlərini belə tamamlayıb:

“Çətin bir başlanğıcdan sonra hər dəqiqə daha güclü oynadıq. Yaxşı müdafiə olunduq. Şanslarımız daha çox idi, amma qol vura bilmədik. Ümumilikdə, 180 dəqiqə ərzində “Portu”nu məğlub etdik. Yarımfinaldakı rəqibimizlə bağlı istəklərim yoxdur. Amma ümumiyyətlə, Çempionlar Liqasında yerli liqadan bir komanda ilə oynamağı sevmirəm. “Real” ilə “Liverpul” arasındakı qarşıdurma çoxdan bitdi. Oyunu izləyəcəm və yarımfinalçı kimi bir zövq alacağam. Hər şey mümkündür, “Liverpul” evdə çox güclü oynayır”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah