ÇL-da daha 2 matça hakim təyinatları

UEFA çempionlar Liqasının 1/4 finalında “Liverpul” – “Real” və “Borussiya (Dortmund) – “Mançester Siti” matçında hakim təyinatları açıqlanıb.
 
Newsport.az xəbər verir ki, “Liverpul” – “Real” matçını Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Referi Born Kuypers olacaq. Ona yan xətt hakimləri qismində Sander van Ruukel və Ervin Zeynstra kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tassos Sidiropoulos yerinə yetirəcək. VAR hakimi isə Dennis Hiqler olacaq.
 
“Borussiya” – “Mançester Siti” matçını İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Karlos del Kerro görüşün baş hakimi olacaq. Ona yan xətt hakimləri qismində Xuan Yustre və Roberto Alonso kömək edəcəklər. Dördüncü hakim funksiyasını Joze Sançes yerinə yetirəcək. VAR hakimi isə Xuan Martines olacaq.
 
Qeyd edək ki, hər iki qarşılaşma aprelin 14-ü keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah