"Sonun atası Sulşerdən yaxşıdır" Mourinyo əsəbiləşdi

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın son turunda “Mançester Yunayted”lə matçdan (1:3) sonra rəqibin çalışdırıcısı Ole Qunnar Sulşerin verdiyi açıqlamaya görə əsəbiləşib.

Newsport.az xəbər verir ki, Sulşer Kavaninin qolunun ləğv edildiyi epizodu şərh edərkən "Tottenhem"in futbolçusu Son Hın Minlə bağlı deyib:

“Əgər Son mənim oğlum olsaydı və o, üç dəqiqə qazonda qalıb, 10 yoldaşın köməyi olmadan ayağa qalxa bilməsəydi, mən onu axşam yeməyindən məhrum edərdim”.

 
Mourinyo isə “Sky Sports”a açıqlamasında rəqib baş məşqçisinin bu fikirlərinə görə çox məyus olduğunu bildirib: “İcazə verin sizə bir şey deyim. Olenin Son ilə bağlı verdiyi şərhlərdən sonra məndən bu barədə soruşmadığınıza həddindən artıq təəccübləndim. Mən cür açıqlama versəydim, reaksiyanız necə olardı? Çox kədərlidir. Mənə də başqaları kimi münasibət göstərməyiniz üçün mənəvi bütövlüyünüzün olmaması çox üzücüdür.  Sadəcə, demək istəyirəm ki, Son çox şanslıdır. Çünki onun atası Sulşerdən daha yaxşıdır. Mən də atayam. Düşünürəm ki, oğullar nə etsələr də, hər zaman atalar uşaqlarını bəsləməlidirlər. Övladlarınızı qidalandırmaq üçün oğurluq etməlisinizsə, edəcəksiniz. Olenin şərhinə görə çox məyus oldum”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah