“Barselona”nın futbolçusu: “Bu, çox utancvericidir”

“Barselona”nın futbolçusu Serxi Roberto La Liqanın 30-cu turunda “Real”a qarşı keçirdikləri səfər matçını şərh edib.

Newsport.az-ın məlumatına görə, AS nəşrinə danışan Roberto, 1:2 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:

“Sona qədər mübarizə apardıq. Xüsusilə, ikinci hissədə “Real” qapalı oyun sərgilədi. Heç olmasa, bir xal qazanmalıydıq. Bu, çox utancvericidir.

La Liqada çempionluq yarışı gərgin keçir. Titulun sahibi sonda bilinəcək. Martin Breytveytin epizodunda cərimə var idi. Hakim VAR-a baxmalı idi, ancaq baxmadı. Təmasın olub-olmadığını tam bilmirəm. Lakin hakimin VAR-a baxmamasına təəccübləndim”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right