Zinəddin Zidan: "Layiqli qələbə qazandıq"

"Real"ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 30-cu turunda "Barselona"ya 2:1 hesablı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, o, layiqli qələbə qazandıqlarını deyib:

"Açıq-aşkar layiqli qələbə qazandıq. Kərim Benzema böyük istedaddır. Hətta 3-cü qolu da vura bilərdik. Son oyunlarda fiziki cəhətdən yaxşı deyil. Bu da sıx qrafiklə bağlıdır. Artıq sona yaxınlaşırıq və bundan sonra axmaq səhvlərə haqqımız yoxdur. La Liqada gərgin mübarizə gedir. Üç xalın necə əhəmiyyətli olduğunu başa düşürük. İndi isə "Liverpul"la oyuna köklənməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right