Futbol üzrə Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Desna” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
Paşayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Aleksandriya” 21 turdan sonra 26 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.